Saat:06:57
Haqqımızda

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

2025-05-28 22:06:20

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

Bu ayın əvvəlinə olan məlumata görə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil edib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 17% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 19,5% artıb, kredit kartlarının sayı isə 0,1% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb. 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 301 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 71 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunub. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 39.5% artıb. \\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.499045