Saat:16:09
Haqqımızda

Apreldə 15 neft ləkəsi aşkar edilib – Xəzərdə ekoloji təhlükə artır

2025-05-26 22:18:20

Apreldə 15 neft ləkəsi aşkar edilib – Xəzərdə ekoloji təhlükə artır

Bu ilin aprel ayında “Sentinel-1A” adlı peyk Xəzər dənizində ümumi sahəsi təxminən 32 kvadrat kilometr olan 15 neft ləkəsi aşkar edib.
Bu məlumat “Xəzərin xilası” adlı qlobal ekoloji hərəkatın həyata keçirdiyi “Xəzərdə Şəffaf Dünya” adlı beynəlxalq ekoloji layihənin apardığı radar monitorinqinin nəticələrində yer alıb.
Bildirilir ki, aşkar edilən neft ləkləri təxminən 5000 futbol meydançası qədər bir sahəni əhatə edir.
Ən çox çirklənmə Qazaxıstan sektorunda qeydə alınıb – burada 5 neft sızması baş verib və ümumi sahə 17,6 km² təşkil edib. İkinci yerdə Rusiya sektoru gəlir – 8 hadisə, 13,4 km². Azərbaycan sektorunda isə 2 neft sızması olub, sahəsi 1 km²-dir.
Ən böyük ləkə (4,9 km²) Qazaxıstan sahillərində yerləşən iki təbii ərazidə aşkarlanıb.

Ekspertlər bildirirlər ki, Xəzər dənizindəki neft və neft məhsulları ilə çirklənmə hazırda əsas ekoloji problemlərdən biridir. Çirklənməyə səbəb olan əsas amillər bunlardır: Dənizdə neft və qaz hasilatı və daşınması, Volqa və digər çaylar vasitəsilə dənizə axan sənaye tullantıları, həmçinin insan fəaliyyəti nəticəsində yaranan (antropogen) təsirlər.


Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176347