Aprel döyüşləri şəhidinin anası: "Gəlin zəng etdi ki, Rasim qızğın savaşdadır" / VİDEO
2025-04-05 18:10:23

Baku TV Aprel döyüşlərinin şəhidi mayor Rasim Məmmədovun evindən reportaj hazırlayıb.
Hurriyyet.az xəbər verir ki, atasının peşəsini seçən şəhidin anası Bəsti Məmmədova oğlunun dövlətinə, xalqına layiqli övlad olduğunu bildirib.
"Gecə evdə oturmuşduq. Gəlinimiz zəng etdi ki, ata, Rasim qızğın savaşdadır. Bir neçə gün sonra üçüncü oğluma zəng gəldi, rəngi qapqara oldu. Sən demə, şəhidlik xəbərini veriblərmiş", - deyə B.Məmmədova söyləyib.
Qeyd edək ki, övladının yoxluğuna dözməyən şəhid atası Əbdül Məmmədov da onun şəhadətindən 24 gün sonra dünyasını dəyişib və oğlunun yanında dəfn edilib.
Ətraflı süjetdə:
