Apellyasiya Məhkəməsi zalım hakimin qərarını ləğv etdi - FAMİL XƏLİLOV AZADLIQDA
![Apellyasiya Məhkəməsi zalım hakimin qərarını ləğv etdi - FAMİL XƏLİLOV AZADLIQDA](/frontend/uploads/files/7fe2f548-6873-4d3f-9ff1-80889d53e633-scaled.jpg)
Bir neçə gün əvvəl polis tərəfindən narkotik ittihamı ilə həbs edilən fiziki məhdudiyyətli müxalif fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib. Vəkil deyib ki, Bakı Appelyasiya Məhkəməsi Famil Xəlilov barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Qeyd edək ki, hər iki əlləri iflic olan Famil Xəlilov barəsində həbs qərarını Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev vermişdi.
Hakimin 1-ci qrup əlili həbsə yollaması sosial şəbəkələrdə onun haqqında ağır ittihamlara səbəb olmuşdu.
Qeyd edək ki, əlləri iflic olan Xəlilov Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
![](/frontend/uploads/files_son/QAZ12.jpg)