Aparıcı İlkin Həsəninin xanımı: "Rus dilində çox pis söyüşlər söydü" - VİDEO

2022-07-25 21:43:00

Aparıcı İlkin Həsəninin xanımı:

Xəbər verdiyimiz kimi, İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni ilə dietoloq Ləman Sülymanova arasında qalmaqal yaşanıb. 

Aysel məhkəmənin şikayəti ləğv etməsinə etiraz edib. O, hadisənin necə baş verməsi ilə bağlı videoaçıqlama yayıb.

Aysel apellyasiya məhkəməsinə şikayət edəcəyini vurğulayıb:

"Hər şeyi olduğu kimi açıqlayacam. 29 mayda rəfiqəmlə məşhur otellərdən birinin qarşısında çəkiliş edirdik. Şəhərin məşhur otelinin önündə idik, reklam çəkirdik. Arxadan bir xanım keçdi, onu çəkməsək belə başladı ki, gözlə, kamerana düşmək istəmirəm. İzah etməyə çalışdıq ki, biz reklam çəkirik, siz ora düşməmisiniz. Cümləmizi tamamlamamış bizə qeyri-etik sözlər, qadınlığa layiq olmayan ifadələr işlətdi. Ayağını qaldırdı ki, "ayağımın altının tozu da ola bilməzsən. Sən kimsən burada çəkiliş edirsən" kimi ifadələr işlətdi. Deyir ki, maşına minmək üçün icazə aldım. Amma maşının saxladığı yerlə bizim aramızda dağ qədər yer var idi. Rus dilində çox pis söyüşlər söydü. Hətta dedi ki, sizi gözləyirəm gəlin. Mən də həyat yoldaşıma zəng etdim, açıq deyəcəm, ehtiyat elədim. Çəkiliş adıyla uzatdıq ki, bəlkə gedər, amma getmədi. Daha pis söyüşlər söydü, İlkin eşidirdi, dedi ki, kameraya çək. Bunu xanım eşitdi və getdi. Maşının pəncərəsini açdı və pis söyüşlər söydü. Bunu orada işləyən işçilər də eşitdi, otelin kamerasına düşdü və fotoqraf da gördü. Evinə göndərilən məktublara cavab vermədi. Onu bölməyə çağıran polisi də şikayət edib. Düşündük ki, xanım polislərin təklifləri ilə razılaşacaq, üzr istəyəcək. 2 ay qaçdı, telefonlarını söndürdü. Yoldaşım gördü ki, xanımı tapmırıq, video çəkdi. Bu müraciətdən sonra evinə gedildi, izahat alındı. Səhəri ani məhkəmə təşkil olundu, şahidlər apara bilmədik. Təhqir, söyüş, xırda xuliqanlıq sayılmır. Məhkəmə protokolu ləğv olundu. Orada Aysel söyüş söyüb, siz günahsızsınız olmayıb. Hakim bildirdi ki, etirazınız varsa, apellyasiyaya şikayət edin. Biz də edəcəyik. Xanım hamısını mən etmişəm kimi yazıb".

Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı İlkin Həsəni sosial şəbəkədə video-müraciət ünvanlayaraq ailə üzvlərinin təhqir edildiyini və həmin qadının tapılmasını istəmişdi. Həmçinin dietoloq Ləman Süleymanova da instaqram hesabı vasitəsilə Daxili İşlər Nazirliyinə video-müraciət etmişdi. Tərəflər arasında mübahisəyə səbəb, İlkin Həsəninin həyat yoldaşının fotossesiya etdiyi zaman dietoloq Ləman Süleymanovaya yol verməməsi olmuşdu. 


 

 

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.071643