Saat:12:26
Haqqımızda

AP: "London İsraillə danışıqlar bitmədən Fələstin dövlətini tanıya bilər" - Kemeron şərti açıqladı

2024-02-02 10:43:45

AP:

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Associated Press" agentliyinə müsahibəsində regionda uzunmüddətli sülhə nail olmaq üçün bu qərarın zəruri olduğunu qeyd edib. Nazirin sözlərinə görə, Qəzza sektorunda atəşkəsdən sonra HƏMAS anklavı tərk edərsə, Böyük Britaniya iki dövlətlilik məsələsinin həlli ilə bağlı danışıqların nəticəsini gözləmədən, Fələstin dövlətinin müstəqilliyini rəsmən tanıya bilər.
Kemeronun fikrincə, "bu yolda ilk addım - döyüşləri dayandırmaqdır" və "oktyabrın 7-də İsrailə hücum edən insanların Qəzzaya nəzarət elədiyi müddətdə münaqişənin ikidövlətlilik prinsipi ilə həlli mümkün deyil". 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195081