Antirusiya mitinqinə çıxan ermənilər həbs edildi

2022-08-24 21:02:00

Antirusiya mitinqinə çıxan ermənilər həbs edildi

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, İrəvanın Azadlıq meydanında keçirilən Rusiya əleyhinə mitinqin iştirakçıları polis tərəfindən saxlanılıblar. Bu barədə məlumatı erməni mətbuatı yayıb.

"Sputnik Ermənistan" agentliyi xəbər verir ki, hüquq mühafizə işçilərinin sözlərinə görə, bəzi nümayişçilər qeyri-ədəbi leksikadan istifadə etməklə qanunu pozublar və buna görə də bölməyə aparılıblar.

Xatırladaq ki, İrəvan bələdiyyəsi Rusiya Federasiyasının Ukraynada apardığı əməliyyatlara qarşı etiraz mitinqinin keçirilməsinə rəsmən icazə vermişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075951