“Antikorrupsiya idarəsi" əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı

2022-06-02 11:16:00

“Antikorrupsiya idarəsi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirib.

Hurriyyet.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.

Əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.

Əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya