Antalyada meşə yanğını başlayıb - Video
2021-09-23 16:16:00
Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.
Hurriyyet.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında Antalyanın Manavqat bölgəsində başlayıb.
Yanğının söndürülməsi üçün 5 helikopter, 2 təyyarə, 20 suçiləyən maşın cəlb olunub.
Hazırda alovların nəzarətə alınması istiqamətində əməliyyatlar davam etdirilir.