Saat:12:54
Haqqımızda

Annalena Berbok Gürcüstana gəlir

2023-03-22 22:02:00

Annalena Berbok Gürcüstana gəlir

Almaniyanın xarici işlər naziri Analena Berbok martın 23-24-də Gürcüstanda səfərdə olacaq.

Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, səfərin məqsədi iki ölkə arasında sıx və birbaşa əlaqələr yaratmaq və Gürcüstan ilə gələcəkdə Avropada əməkdaşlığı dərinləşdirməkdir.

Səfər çərçivəsində almaniyalı nazirin Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşləri nəzərdə tutulur. Bundan əlavə, nazir tələbələrlə, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşəcək.

Görüşlərdə Almaniyanın Gürcüstanın Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına dəstək verməsi, bu sahədə həyata keçiriləcək islahatlar, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olacaq. \\Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR