Saat:03:58
Haqqımızda

"Ankaranın qərarı Türkiyə iqtisadiyyatına daha pis təsir edəcək" - ELDƏNİZ ƏMİROV

2024-05-03 12:26:03

"Türkiyə ticari münasibətlərdə İsraildən daha çox mənfəət əldə edirdi, nəinki İsrail Türkiyədən"

"Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdığını bəyan etdi. Bəs, uduzan tərəf kim olacaq? Deməli, İsrail 2023-cü ildə 5,4 milyard dollarlıq ticarət həcmi ilə Türkiyənin ixracat siyahısında 13-cü yerdədir. Bununla belə, 2023-cü ildə İsrailə ixrac əvvəlki illə müqayisədə təxminən 23 faiz azalıb. 2024-cü ilin birinci rübündə isə Türkiyənin İsrailə ixracatı 21,6 faiz azalıb". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

İqtisadçı ekspert qeyd edib ki, Türkiyə-İsrail ticarət həcmi son 20 ildə 6 dəfə artıb: "Hətta Qəzzada əməliyyatların başladığı oktyabr ayında ixrac özündən əvvəlki ilin eyni ayına görə 29 faiz artdı, idxal yüzdə 59 faiz azaldı. 2000-2022-ci illər arasında iki ölkə arasında ticarət balansı həmişə Türkiyənin xeyrinə olub. Hazırladığım şəkildən də göründüyü kimi, Türkiyə ticari münasibətlərdə İsraildən daha çox mənfəət əldə edirdi, nəinki İsrail Türkiyədən. Odur ki, rəsmi Ankaranın bu qərarı İsraillə müqayisədə Türkiyə iqtisadiyyatının özünə daha pis təsir edəcəkdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.151225