Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb
Hurriyyet.az xəbər verir ki, Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb. Xəbər verildiyi kimi, qəza nəticəsində Liviyanın Baş Qərargah rəisi Məhəmməd Əl Həddadla birlikdə Liviya nümayəndə heyətinin bütün üzvləri həlak olublar.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "Falcon 50" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada iştirak etmək üçün Liviyadan Türkiyə paytaxtına 22 nəfərlik xüsusi nümayəndə heyətinin göndərildiyini açıqlayıb. Nazirin sözlərinə görə, uçuş qeydlərinin olduğu qara qutu ötən gecə qəza yerində tapılıb.
Ölənlər arasında Quru Qoşunlarının Qərargah rəisi, general-leytenant Fituri Qəribil, general-mayor Mahmud Kativi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əsəvi Diab və Baş Qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub da var.
Hürr Tərcüman
