Ankara və Bakının möhtəşəm 2023 hədəfi

2022-01-15 14:14:00

Ankara və Bakının möhtəşəm 2023 hədəfi

“F-16” və ”F-35”-ləri üstələyəcək şok proje; hərbi ekspert: “Bu gün biz həm də ona görə şanslıyıq ki...”

Türkiyə V nəsil qırıcıların yaradılmasının vaxtını elan edib. Onlar 2023-cü ildə anqardan çıxarılacaq. Bu barədə Türkiyə Silahlı Qüvvələrinə Dəstək Fondunun baş direktoru Sadık Piyade bildirib.

Onun sözlərinə görə, təyyarənin istehsalı üzrə işlər sürətləndirilmiş templə davam edir. O qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi fond Kiprdəki sülhməramlı əməliyyatdan sonra Türkiyənin öz silahlarını istehsal etməsinə imkan yaratmaq məqsədi ilə yaradılıb. Ərdoğan qırıcı üzərində işlərin 2023-cü ilin sonuna qədər başa çatdırılması barədə göstəriş verib.

Qeyd edək ki, qırıcı həmkarlarından fərqlənir: o, radarlara yaxalanmır, uzun müddət havada qalır və bütün keyfiyyətlərinə görə “F-16” və ”F-35”-i üstələyir. Qırıcı tamamilə yerli imkanlar hesabına istehsal olunacaq.

Heç şübhəsiz ki, bu qırıcıların ilk alıcısı Azərbaycan olacaq. İki qardaş ölkənin yaxın perspektiv üçün artan hərbi gücü ilə istehsal olunan bu vasitələr iki dövlət üçün də çox əhəmiyyətlidir.

Təlim vaxtı"nın qonağı olan Ruslan İmamquliyevdan logistika xidmətilə bağlı  diqqət çəkən məqamlar - Azfood

 Ruslan İmamquliyev

Hərbi ekspert Ruslan İmamquliyev xatırlatdı ki, iki qardaş ölkə arasında müstəqilliyimizdən sonra bütün sahələrdə olduğu kimi, hərbi müstəvidə də sıx əlaqələr olub və bBunu daim inkişaf etdirmək çox əhəmiyyətlidir: “Çünki hərbi adına istifadə edilən bütün vasitələrdən birincisi, prioritet odur ki, onun məxfiçiliyinə diqqət yetirilməlidir. Bu mövzuda qardaş ölkə ilə aramızda olan etibar və güvən başqa ikinci bir dövlətlə heç bir halda bu şəkildə olmayacaqdır. Gələcək perspektivdə Türkiyənin müdafiə sənayesinin inkişaf etdirilməsi, bununla yanaşı əməkdaşlığımız çərçivəsində Azərbaycan müdafiə sənayesinin inkişaf etdirilməsi adına bu gün bir sıra addımlar artıq atılmaqdadır.

Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək |  Report.az

Təbii ki, bununla yanaşı müdafiə sənayemizin inkişaf etdirilməsi, ortaq istehsalata keçilməsi, bir sıra vasitələrin digər dövlətlərdən deyil, məhz Türkiyədən alınması Azərbaycanın uzaq strateji hədəfləri baxımından ölkəmiz adına çox önəmlidir. Uzaq perspektivdə Türkiyənin nəzərdə tutulmuş bir sıra vasitələri var ki - xüsusilə, 2023-cü ildə qırıcı təyyarələrin istehsal olunması nəzərdə tutulub - Azərbaycan da bundan faydalanmalıdır. Bu cür vasitələrin bərabər istehsalı istiqamətində müzakirələr aparılmalı və hətta istehsalata keçilməlidir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinə digər dövlətlərdən alınacaq strateji vasitələri Türkiyədən alınacaq vasitələrlə əvəzləmək bizim uzaq perspektivdə döyüş sahəsində daha güvənli, dinamik, çevik və qabiliyyətli bir ordu formalaşdırmağımıza da öz təsirini göstərəcək".

Türkiyədən Azərbaycana GENERAL TƏYİNATI: “Rəsmi Bakı Rusiya ilə hərbi sahədə  əməkdaşlığı…” – Hərbi ekspert – Yenicag.Az

Hərbi ekspert Türkiyə ilə hərbi sahədə olan əməkdaşlığın zaman-zaman Azərbaycana verdiyi töhfələrə hər kəsin şahidlik etdiyini də söylədi: “Qardaş dövlətlə əməkdaşlığımız 44 günlük Vətən müharibəmizdə bizə nə qədər töhfə verdiyini gördük. Xüsusilə, ”Bayraktar"ların döyüş sahəsinə tətbiqi bütün dünya dövlətləri tərəfindən həm izləndi, həm də yüksək rezonans olaraq öz təsirini göstərmiş oldu. Bundan sonrakı dönəmlərdə Türkiyənin hərbi sahədə istehsal edəcəyi vasitələrlə müdafiə sənayemizi daha da gücləndirməyimiz, onların istehsal etdiklərinin ilk alıcısı olmağımız çox önəmlidir.

Ümumiyyətlə, müdafiə sənayesinin inkişaf etdirilməsi ancaq güvənə biləcəyin, əməkdaşlıq edə biləcəyin dövlətlərlə ortaq çalışma ilə əlaqədardır. Bu gün biz bir qədər də şanslıyıq ki, yanımızda Türkiyə və Pakistan kimi güvənəcəyimiz, etibar edə biləcəyimiz, keçmişdən bu günə qədər əlaqələrimizin olduğu dövlətlər var. Bundan sonrakı dönəmlərdə bu əlaqələri daha da inkişaf etdirmək uzaq perspektivdə həm Azərbaycan Ordusunun qüdrətlənməsinə, həm də iqtisadiyyatımızın inkişaf etməsinə çox ciddi töhfə verəcək".

“Yeni Müsavat”