Andrey Yermak istefa verib
2025-11-28 19:56:37
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa üçün müraciət etdiyini bildirib.
Bu barədə Ukrayna dövlət başçısının axşam videomüraciətində qeyd olunub.
"Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb", – Zelenski bildirib.
"Ukrayna Prezidentinin Ofisində yenilənmə baş tutacaq. Ofisin rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb. İstəyirəm ki, söz-söhbət və fərziyyələr olmasın. Ofisin yeni rəhbərinə kim olacağına gəlincə, sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam", – o deyib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparıldığı barədə məlumat yayılmışdı. \\Report.az
