Saat:00:32
Haqqımızda

Ancelina Coli: “Qəzza həbsxanadan kütləvi məzarlığa çevrildi”

2023-11-02 11:58:15

Ancelina Coli: “Qəzza həbsxanadan kütləvi məzarlığa çevrildi”

Hurriyyet.az xəbər verir ki, Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Qəzzanın həbsxanadan kütləvi məzarlığa çevrildiyini bəyan edib.

Aktrisa öz “İnstaqram” hesabında Fələstin-İsrail münaqişəsi barəsində yazıb: “Bu, qaçacaq yeri olmayan tələdə yaşayan əhalinin qəsdən bombalamasıdır. Qəzza demək olar, artıq iki onillik ərzində açıq səma altında həbsxanaya çevrilib və indi sürətlə kütləvi məzarlığa çevrilməkdədir. Bütöv ailələr qətlə yetirilir və ölənlərin 40%-i günahsız uşaqlardır”.

Coli yazıb: “Bütün dünyanın gözü qarşısında və bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli dinc vətəndaş – uşaqlar, qadınlar, ailələr – kollektiv şəkildə cəzaya və qeyri-insani münasibətə mərz qalırlar, ərzaq, tibb və humanitar yardımdan məhrum edilirlər və bütün bunlar qanun pozuntusudur”.

Aktrisa qeyd edib ki, dünya liderləri də bu cinayətlərin iştirakçısına çevrilir – çünki onlar humanitar atəşkəs tələb eləməkdən imtina edirlər və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfi atəşkəsə vadar eləməsinə əngəl olurlar.

Aktrisa “İnstaqram” şəbəkəsindəki yazısına Qəzza bölgəsinin şimalındakı Cabaliya qaçqın düşərgəsininin şəklini əlavə edib. BBC (Bi-Bi-Si) kanalının İsrailin düşərgəyə aviazərbə endirməsi nəticəsində azı 47 nəfər həlak olub.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.600022