Anası Xocalı haqda filmə baxıb adını qoymuşdu, o da şəhid oldu - VİDEO

2022-08-26 13:26:00

Anası Xocalı haqda filmə baxıb adını qoymuşdu, o da şəhid oldu - VİDEO

Türkiyənin NTV telekanalında yayımlanan “Empati” verilişinin qonağı olan aktrisa Burcu Biricik göz yaşlarına hakim ola bilməyib.

Hurriyyet.az xəbər verir ki, buna səbəb 2017-ci ildə terror aktı nəticəsində şəhid olan müəllim Aybüke Yalçının həyat hekayəsi olub.

Aparıcı şəhid müəllim haqda bunları danışıb: “Aybükenin ailəsi uşaqları yox ikən bir film izləyib. Film 1992-ci ildə Xocalıda faciəsində həyatını itirənlər haqda imiş. Orada həyatını itirən balaca qızın hekayəsi onları çox təsirləndirib. Bildiyiniz kimi, Xocalıda həyatını itirən 613 nəfər var. Həyatını itirən uşaqların birinin də adı Aybükedir. Anası filmi izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib, qız övladı olarsa, ona bu adı vermək qərarına gəlib”.

Qeyd edək ki, 22 yaşlı Aybüke Yalçın Batmanın Kozluk rayonunda 2017-ci il iyunun 9-da şəhid olub. Belə ki, məktəbdən evinə qayıdan müəllim PKK-nın bələdiyyə sədri Veysi İşıkın avtomobilinə qarşı etdiyi hücumda yaralanıb və aparıldığı xəstəxanada həyatını itirib. 

Qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.095889