Anar Əsədliyə ittiham aktı ELAN EDİLDİ
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib. İttihama görə, Anar Əsədli yüksək gəlir əldə etmək adı ilə tanışı Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. Söhbət, ümumilikdə 255 min manatın alınmasından gedir. Həmin puldan 23 manatı geri qaytarıb.
Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb. Tamara Allahverdiyevadan isə ümumilikdə 78500 manat alıb. Dəyən ziyandan 17 min manat geri ödəniş edib.
Anar Əsədli özünü ittihamla təqsirli bilməyib.
Növbəti proses dekabrın 19-na təyin edilib.
Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb. \\Ajans.az
