Anar Bağırov amerikalı diplomatla görüşən vəkillərdən yazdı - İNANMAQ İSTƏYİRƏM Kİ...

2023-09-03 00:21:05

Anar Bağırov amerikalı diplomatla görüşən vəkillərdən yazdı - İNANMAQ İSTƏYİRƏM Kİ...

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Hugo Gevaranın həbsdə olan siyasətçi Qubad İbadoğlunun vəkilləri Bəhruz Bayramov və Zibeydə Sadıqova ilə görüşü haqqında yazıb.
Hurriyyet.Az bildirir ki, bu görüş barədə ABŞ səfirliyinin sosial şəbəkədə yaydığı məlumatı paylaşan Kollegiya sədri bu qeydləri yazıb:

Hörmətli vəkillərimizin istintaq mərhələsində olan istənilən cinayət işinin hazırki vəziyyəti üzrə xarici ölkə səfirlərini tanış edərkən qüvvədə olan qanunvericiliyinin tələblərinin pozulmamasına, vəkil, o cümlədən, istintaq sirrini təşkil edən məlumatların yayılmamasına , ölkəmizdə akkreditə olunmuş xarici ölkə diplomatlarının isə baş verən hadisələr barədə məlumatların peşə və istintaq sirrini təşkil etməyən məlumatlar əsasında və beləliklə yalnız qanuni vasitələrlə öyrənilmasinə dair 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın tələblərinə ciddi əməl etdiklərinə şübhə etmirəm”. \\Gununsesi.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135745