Saat:06:33
Haqqımızda

ANAMIN LAYLASI - Eldar Sabiroğlu yazır

2024-02-02 22:02:14

ANAMIN LAYLASI - Eldar Sabiroğlu yazır

Bu gün anamın həyata vida etdiyi gündür. Onunla elə həzin xatirələrim var ki, onları əbədiyyətə gedənə qədər unutmaq mənim üçün çox çətindir. Elə bir gün olmaz ki, Əziz Anamı yada salmayım. Onun layla və bayatıları bu gün də qulaqlarımda səslənir.

Çox kədərli bir xanım idi. Günlərin birində mənə dedi ki, ay oğul, gəl başını qoy dizlərim üstə, sənə bəslədiyim laylanı oxuyum, gör anandan şair olarmış, ya yox!? Bu sözə ikimiz də güldük. Nəhayət, başımı onun ayaqlarına qoydum. Bir az saçlarıma tumar çəkdi. Sonra həzin bir səslə mənə bəslədiyi laylanı səsləndirməyə başladı. Gördüm, yanaqlarıma iki damcı su düşdü. Gözlərmi açdım. Baxdım ki, Anam ağlayır. Dedim ana, ağlama!!! Və başladım mən də ağlamağa. Qoşulduq xatirələrə. Anamdan soruşdum ki, yadındamı gecəni sübhə qədər həyətdəki tənək ağacının altında qucaqlaşıb yatdığımız acı dəqiqələr?! Unutmaqmı olar o günləri, Ay mənim oğlum!!! Hər şey yadımdadır. Susamışdım, sənin yaxınlıqdakı bulaqdan su gətirib məni ağlaya-ağlaya içizdirdiyin o anları yada salanda yaralı ürəyim indi də titrəyir.

Ay Ana, Uca Tanrım səni dərd-qüssə çəkmək üçün yaradıb dünyaya gətirmişdi. Elə də apardı səni haqqın dərgahına... Uyu, rahat yat o əbədi dünyanda. Allah rəhmət etsin səni, ay mənim gözəl Anam.

Eldar SABİROĞLU

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187211