“Anadolu Agentliyi”: “Pentaqon Suriyadakı PKK terrorçularına maaş verir”

2022-04-28 17:41:00

“Anadolu Agentliyi”: “Pentaqon Suriyadakı PKK terrorçularına maaş verir”

ABŞ büdcəsindən 183 milyon dollar vəsait ayrılması və əlavə 3500 nəfərin terror sıralarına cəlb olunması planlaşdırılır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinada xəbər verir ki, Amerika komandanlığı Suriyadakı terrorçulara 183 milyon dollar vəsait ayırmağa hazırlaşır.

Agentliyin yazdığına görə, ABŞ Suriyadakı YPG (PKK-nın Suriyadakı şaxəsi) terrorçularının sıralarına daha 3500 nəfəri cəlb eləməyi planlaşdırır.

Müvafiq bənd ABŞ-ın 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilib. Həmin layihədə 813 milyard dollar həcmində xərclərin ünvanları göstərilib. İraqın asayiş qüvvələrinə 358 milyon dollar həcmində silah-sursat ayırmaq planlaşdırır. Pentaqonun yaydığı sənədə görə, ABŞ-ın Suriyada dəstəklədiyi terrorçu dəstələrə 183 milyon dollar verilməsi nəzərdə tutulur – vəsait Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən YPG/PKK terrorçularının silahlandırılmasına və ümumilikdə təchizatına xərclənəcək. Sənəddə bildirilir ki, həmin vəsaitin 32,1 milyon dolları təlim və təchizata, 57,4 milyon dolları logistikaya, 71,4 milyon dolları maaşlara, 15,3 milyon dolları infrastruktura, 7,5 milyon dolları texniki xidmətə xərclənəcək.

Sənəddə o da qeyd edilir ki, Pentaqon 2023-cü ildə YPG/PKK terror təşkilatının sıralarına əlavə olaraq, 3500 nəfər cəlb eləmək istəyir. Bununla da Pentaqonun ABŞ büdcəsinin vəsaiti hesabına Suriyada maaşla saxladığı terrorçuların sayı 16 mindən 19 500 nəfərə çatacaq.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya