Anadangəlmə şikəst olan 7 yaşlı qıza ödənilən müavinət kəsilib – ŞİKAYƏT

Yevlax rayonunun Salahlı kəndində yaşayan Xəlilov Alı Lətif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, anadangəlmə sümük xəstəsi olan 7 yaşlı qızına ayrılan müavinət kəsilib:
“7 yaşlı qızım anadangəlmə sümük xəstəsidir. Özü-özünü tam idarə edə bilmir. Anası geyindirir, yedizdirir. Boyun nahiyyəsi tam əyilib, belində şişlər əmələ gəlib. Bu vəziyyətinə görə 3 il pensiya alıb. Lakin artıq 6 aydır ki, pensiyası kəsiblər. Ailədə heç kəs işləmir, kasıb ailəyik, çox çətin vəziyyətdəyik.
Oktyabr ayında komissiyadan keçmişik, bizə imtina cavabı gəlib.
Sizdən xahiş edirik, bu məsələni işıqlandırın, bəlkə səlahiyyətli qurumlar bizə qarşı haqsızlığın aradan qaldırılmasına kömək olarlar”.
Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə zəng vursaq da, telefon zənglərinə cavab verən olmadı.
Jalə FAMİLQIZI
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya