Saat:08:12
Haqqımızda

Ana və körpəsi doğuş vaxtı öldü

2025-02-26 09:36:45

Ana və körpəsi doğuş vaxtı öldü

Göygöl rayonunda gənc qadın və bətnindəki körpəsi doğuş zamanı ölüb.

Hurriyyet.az xəbər verir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Nuranə Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, təxminən 30 dəqiqə sonra həyatını itirib.

Həmin vaxt onun bətnindəki körpə də vəfat edib.

Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova hamiləlik dövründə daim Mərkəzi Xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başladılıb.

Qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153310