Ana təzə doğduğu körpəsini vedrədə BASDIRDI

2022-12-21 00:25:00

Ana təzə doğduğu körpəsini vedrədə BASDIRDI

Rusiyanın Nijni Novqorod vilayətinin Diveevo kənd sakini qızını hamamda vaxtından əvvəl dünyaya gətirib və öz bağında basdırıb.

Hurriyyet.Az Lent.az-a istinadən xəbər verir ki, qadın hamiləliyinin yeddinci ayında olub.

Qadın körpədə həyat əlaməti olmadığı üçün onu vedrə ilə birgə evə bitişik torpaq sahəsinin ərazisində basdırdığını deyib.

Məlumata görə, qızın meyitinin aşkarlanması ilə Nijni Novqorod vilayətinin İstintaq Komitəsi (İK) ehtiyatsızlıqdan ölümə səbəb olma ilə bağlı cinayət işi açıb.

İstintaq nəticəsində məlum olub ki, 32 yaşlı qadın hamilə kimi xəstəxanada qeydiyyatda olsa da, nə doğuşdan əvvəl, nə də doğuşdan sonra həkimlərə müraciət etməyib. Eyni zamanda, qadın psixiatrın nəzarəti altında olub.

Körpənin cəsədinə baxış zamanı heç bir zorakılıq nəticəsində ölüm əlamətləri aşkar edilməyib. Uşağın dəqiq ölüm səbəbini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000432