Ana dili hərəkatı fəalları azadlığa çıxdılar
2023-02-09 16:45:00
.jpg)
Tehranın Evin həbsxanasında saxlanılan ana dili hərəkatı fəalları Tohid Əmir Əmini və Əlirza Fərşi fevralın 8-də sərbəst buraxılıblar.
Hurriyyet.az xəbər verir ki, Əmir Əmini 4 il, Fərşi isə 3 il 3 ay həbs cəzası çəkdikdən sonra azadlığa çıxıblar.
Tohid Əmir Əmini və Əlirza Fərşi Tehran şəhərində Beynəlxalq Ana dili günü mərasimində iştirak etdikləri üçün İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınararaq həbs cəzasına məhkum edilmişdilər.
axar.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya