Saat:15:21
Haqqımızda

Amerikanın hərbi attaşesi İrəvanda

2025-07-11 17:25:49

Amerikanın hərbi attaşesi İrəvanda

Hurriyyet.az xəbər verir ki, Ermənistanın müdafiə naziri ABŞ-nin hərbi attaşesini qəbul edib.
ABŞ Ermənistanda yeni müdafiə attaşesini təyin edib. Attaşe müdafiə naziri Suren Papikyan ilə görüşüb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir: “İyulun 11-də müdafiə naziri Suren Papikyan ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin ilə yeni təyin olunmuş müdafiə attaşesi polkovnik Mettyu Krounu qəbul edib”.
Söhbət zamanı Ermənistan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Hürr Tərcüman