Saat:16:20
Haqqımızda

Amerikalılar Trampın tariflərinə üsyan edirlər – Ölkəni inflyasiya qorxusu bürüyüb

2025-04-04 12:08:29

Amerikalılar Trampın tariflərinə üsyan edirlər – Ölkəni inflyasiya qorxusu bürüyüb

ABŞ Prezidenti Donald Trampın gecə saatlarında açıqladığı yeni tarif siyasətləri ölkə gündəminə də damğasını vurdu.

Belə ki, “Marquette Law Schoo”l tərəfindən keçirilən sorğu əsasında Trampın ikinci dövr qərarlarının ictimaiyyətə təsiri ölçülüb.

ABŞ-də keçirilən sorğuya görə, vətəndaşların 58 faizi Donald Trampın tarif siyasətinin ölkə iqtisadiyyatına zərər verəcəyini düşünür, 28 faizi isə faydalı olacağını müdafiə edir.

Sorğuda iştirak edənlərin 58 faizi bu cür siyasətin inflyasiyanı artıracağını proqnozlaşdırır. Digər tərəfdən, amerikalıların 43 faizi Tramp haqqında mənfi fikirdədir, 64 faizi isə institutların bağlanmasının prezidentin səlahiyyətindən kənar olduğunu düşünür.

Bundan əlavə, sorğuda iştirak edənlərin 70 faizi Trampın qərarlarının əleyhinə qərar verən hakimlərin impiçmentə məruz qalmamalı olduğunu deyir.

Xatırladaq ki, Tramp ABŞ-nin digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və baza tarif dərəcəsinin 10 faiz olacağını açıqlamışdı.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167358