“Amerikalılar təcili Rusiyanı tərk etsinlər” – ABŞ səfirliyi

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi Birləşmiş Ştatların vətəndaşlarını təcili surətdə Rusiyanı tərk eləməyə çağırıb. Bu xəbərdarlıq 13 fevral tarixində ABŞ-ın Rusiyadakı səfirliyinin saytında dərc edilib.
Ukraynadakı müharibənin gözlənilməz fəsadları ilə bağlı təhlükə ehtimalı ilə əlaqədar, ABŞ vətəndaşlarının Rusiyaya gəlməməsi çağırışı edilib, RF ərazisində yaşayan amerikalılara isə saxlanılma riski ilə qarşılaşmamaq üçün təcili şəkildə ölkəni tərk eləmək xəbərdarlığı edilib.
Səfirlik bildirib ki, Rusiya tərəfi “Birləşmiş Ştatların vətəndaşlarının ikili vətəndaşlığını tanımaqdan imtina edə, onları konsulluq yardımından istifadədən məhrum edə, səfərbərliy cəlb edə, ölkədən çıxmasının qarşısını ala, yaxud da hərbi xidmətə çağıra bilər”.
Ötən il sentyabrın 28-də də ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını “hələ imkan var ikən” Rusiyanı tərk eləməyə çağırmışdı.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya