Amerikalı senatorlardan Baydenə müraciət: İran prezidentinə viza verməyin!

2022-08-04 15:49:00

Amerikalı senatorlardan Baydenə müraciət: İran prezidentinə viza verməyin!

Amerikanın respublikaçı senatorları Co Baydeni İran prezidenti İbrahim Rəisinin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün viza tələbini rədd etməyə çağırıblar.
Yeddi nəfərdən ibarət Senat üzvləri müraciətlərində bildiriblər: "İbrahim Rəisi insan hüquqlarını pozan bir şəxs olaraq, (qanun pozuntularında) uzun və açıq-aşkar tarixçəsi var".
"Rəisinin İran xalqının kütləvi şəkildə öldürülməsində iştirakı, Amerika rəsmilərinə qarşı terror və hətta buradan Amerika vətəndaşlarını oğurlamaq üçün sui-qəsd təşkil etmək cəhdi ilə yanaşı, hazırda Rəisi və onun əlaltılarının ölkəmizə daxil olmasına icazə verilməsi milli təhlükəsizliyə qarşı əsassız təhdid olacaq", - deyə senatorlar vurğulayıblar.
Xatırladaq ki, ötən il İbrahim Rəisi koronavirusla bağlı vəziyyəti əsas gətirərək, Amerikaya getməmiş və Baş Assambleyaya əvvəlcədən yazılı müraciət göndərmişdi. O, pandemiyanı bəhanə edərək, Amerikaya getməkdən imtina etsə də, daha sonra Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasına qatılmışdı.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055241