Amerikalı sabiq kəşfiyyatçı: Ukrayna döyüş meydanında qalib gəlməyəcək. O sağlam və firavan demokratiya qurmaqla qalib gələcək

2022-06-10 16:40:00

Amerikalı sabiq kəşfiyyatçı: Ukrayna döyüş meydanında qalib gəlməyəcək. O sağlam və firavan demokratiya qurmaqla qalib gələcək

Ukrayna döyüş meydanında qalib gəlməyəcək. O münaqişə bitdikdən sonra sağlam və firavan demokratiya qurmaqla qalib gələcək. Bu fikirləri ABŞ-ın Karnegi Fondunun rəhbəri, Milli Kəşfiyyatın keçmiş əməkdaşı Kristofer Çivvis səsləndirib.
O bildirib ki, Ukrayna və Rusiya qoşunları yavaş və yorucu mübarizə aparır. Tərəflər böyük itki verir, lakin Kiyevin itkiləri xüsusilə böyükdür. Yaxın həftələrdə Rusiya Donbassda mövqelərini gücləndirə, Ukrayna bir az daha ərazini geri ala, ya da döyüşlər dayandırıla bilər.
Bu təsəlli də var ki, Ukrayna heç olmasa fevral ayı sərhədlərinə qayıdana qədər, bəlkə də daha da irəliləyib 2014-cü ildə itirilmiş ərazilər üzərində nəzarəti bərpa edənə qədər mübarizəni davam etdirə bilər. Amma hətta ən yaxşı şəraitdə belə, torpaqların böyük hissəsinin geri alınması uzunmüddətli və intensiv hərbi əməliyyatlar tələb edəcək. Eskalasiya riski daim olacaq. Amerika və Avropa üçün xərclər artacaq.
Bu isə Kiyev üçün xüsusilə pisdir. Fakt fakt olaraq qalır. Reallıq budur ki, Ukrayna Rusiyadan bir neçə əlavə hektar qoparmaq ümidi ilə yorucu və uzun sürən mübarizə ilə bu münaqişədə qalib gəlməyəcək. Əsl qələbə döyüş meydanında deyil. O Ukraynanın müharibədən sonrakı dirçəlişindədir. Və Kiyev buna nə qədər tez başlasa, bir o qədər yaxşıdır.
Ukrayna Qərbin maliyyə dəstəyi sayəsində Avropa ilə siyasi və iqtisadi inteqrasiyasını, təhlükəsizliyini gücləndirəcək və ölkənin demokratik gələcəyə doğru addımlarını sürətləndirəcək yenidənqurma prosesinə dərhal başlamaq şansını-nə qədər ki, bu mümkündür-ələ keçirməklə qalib gələcək. Ukrayna öz siyasi və iqtisadi liberalizminin fövqəladə gücünü və möhkəmliyini bütün dünyaya nümayiş etdirməklə və bu prosesə ölkənin məhv olacağı sonrakı beş ildə deyil indi başlamaqla qalib gələcək. Ukrayna Rusiyanın möcüzəvi şəkildə qoruyub saxlamağa müvəffəq olduğu, lakin döyüşlər dayanana qədər təhlükədə olan müstəqilliyini məhv etməsinə mane olmaqla qalib gələcək. Ukrayna milli enerjisini davamlı sülh və daha güclü, firavan ölkə yaratmağa yönəltməklə qalib gələcək.
Qərbin Ukraynaya verdiyi dəstək böyükdür. Bu, hərbi əməliyyatların başlanması ərəfəsində heç kimin gözləmədiyi səviyyəyə çatır. Amma bu, əbədi olmayacaq. Bütün dünyada yanacaq və ərzaq qiymətləri qalxır. Münaqişənin ilk 100 günündə NATO son dərəcə yekdil idi, lakin zaman keçdikcə onun sıralarında parçalanmalar görünəcək. Bir çoxları Ukraynaya günün məsələsi kimi baxır və münaqişə nə qədər uzanarsa ona köməyin gündəmdən çıxacağı riski var. Ukrayna bu gün ona münasibətdə xeyirxahlıqdan məharətlə istifadı etməlidir. Bundan daha çox silah almaq üçün deyil, iqtisadiyyatı, infrastrukturu və demokratiyanı bərpa etmək üçün istifadə etməlidir. Bərpa özlüyündə böyük bir işdir və ən yaxşı şərtlərdə belə, on il və ya daha çox vaxt aparacaq. Bu, həmçinin Qərbin yüz milyardlarla dollar yardımını tələb edəcək. Münaqişə nə qədər uzun sürərsə, Ukraynada dağıntılar bir o qədər çox olacaq və bu proses bir o qədər baha başa gələcək. Döyüş əməliyyatlarının uzadılması korrupsiyanın artması riskini əhəmiyyətli dərəcədə artırır, Kiyevdə hakimiyyətin daha da mərkəzləşməsinə və bir əldə cəmlənməsinə gətirib çıxarır. Ukrayna keçmişdə bütün bunlardan əziyyət çəkib. Bu isə onun demokratiyanı gücləndirmək kimi ümumi məqsədinə ziddir.
Təbii ki, Ukraynanın bölünməsinin de-fakto tanınması - hətta bu, qanuni şəkildə rəsmiləşdirilməsə belə - onun sərhədlərində gələcək təxribatçı fəaliyyətlərə yaxşı qadir olan düşmən Rusiyanın olacağı deməkdir. Bu, açıq-aydın ölkənin yenidən qurulmasına mane olacaq, xüsusən də Moskva onu Qara dənizə çıxışdan məhrum edərsə. Amma Moskvada dövlət çevrilişi olmadan yaxud daha böyük müharibə olmadan Rusiyanın Ukrayna sərhəddində olması qaçılmazdır. Yenidənqurmaya təxirəsalınmadan keçid daha az çətinlik yaradacaq, nəinki daha çox Ukrayna şəhərlərinin yerlə-yeksan ediləcəyi və milyonlarla vətəndaşın xaricə sığınacağı heç vaxt bitməyən mübarizə.
Müxtəlif dairələrdə hökm sürən antaqonist məntiqə görə, Ukrayna yalnız Rusiyaya həlledici və alçaldıcı zərbə endirilən halda qalib gələ bilər. Təbii ki, Putin Ukraynaya gətirdiyi xaos və dağıntıların, Avropa və qlobal təhlükəsizliyə vurduğu zərərin əvəzini ağır ödəməlidir. Bunu həm də ədalət tələb edir. Amma sanksiyalar, diplomatik təcrid və hərbi itkilər zaman keçdikcə Rusiyaya daha da ağır zərbə vuracaq real xərclərdir. Bu arada Kreml elitasının aktivləri müsadirə olunub və dünya bütün qapıları onların üzünə bağlayıb. Rusiya və onun rəhbərliyi uzun illər bundan əziyyət çəkəcək.
Strategiya sahəsində bəlkə də ən məşhur deyim budur ki, müharibə siyasətin başqa vasitələrlə davam etdirilməsidir. Ona görə də Qərb liderləri yadda saxlamalıdırlar: Ukrayna bu münaqişədə döyüş meydanında qalib gəlməyəcək. Və Qərb də. Ukrayna ciddi və firavan demokratiyaya çevriləndə qalib gələcək. Bu, özlüyündə ciddi çağırışdır. Və müharibənin uzanması bu işi asanlaşdırmayacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya