Saat:08:04
Haqqımızda

Amerikalı jurnalistdən "Şimal axını 2"nin partladılması haqda AÇIQLAMA: Bayden şəxsən hücum əmrini verib

2023-02-08 17:29:00

Amerikalı jurnalistdən

"Şimal axını 2"nin partladılmasının yeni təfərrüatları açıqlanıb. Bu barədə Amerikalı jurnalist Seymur Herş məlumat verib. Jurnalist bildirib ki, "Şimal axını"nın altındakı partlayıcı maddələr NATO təlimləri pərdəsi altında amerikalı dalğıclar tərəfindən yerləşdirilib və norveçlilər onu işə salıblar.
Amerikalı jurnalist Herş bildirib ki, Bayden milli təhlükəsizlik komandası ilə 9 aydan çox gizli müzakirələrdən sonra “Şimal axını”nı sabotaj etmək qərarına gəlib. Jurnalistin açıqlamalarından irəli gələn nəticələr bunlardır:
1. Bayden şəxsən hücum əmrini verib.
2. Hücumla bağlı görüşlər 9 ay davam edib. Yəni terror hücumunun hazırlanması Ukraynada müharibədən əvvəl başlayıb.
3. Hücumun detallı işlənməsinə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan rəhbərlik edib.
4. ABŞ kəşfiyyatının dalğıcları NATO təlimləri zamanı boru kəmərlərinə partlayıcılar yerləşdiriblər. 
5. Partlayışı birbaşa ABŞ ordusu deyil, Norveç törədib.
6. Sualtı qayıqdan zərbə və hava bombaları ilə zərbə variantları da nəzərdən keçirilib. Lakin onlar sadəcə olaraq daha az nəzərə çarpan partlayıcılarla terror hücumunda dayanıblar.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.319797