Saat:02:01
Haqqımızda

Amerikalı diplomatlara Rusiyanı tərk eləmək üçün  vaxt qoyuldu: “Oyunu ABŞ başlayıb”

2021-12-01 17:20:00

Amerikalı diplomatlara Rusiyanı tərk eləmək üçün  vaxt qoyuldu: “Oyunu ABŞ başlayıb”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin artıq Moskvada üç ill işləmiş əməkdaşlarının 2022-ci il yanvarın 31-nə qədər ölkəni tərk eləmələrini tələb edib. Bu barədə bəyanatı RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova verib.

Bundan əvvəl rəsmi Vaşinqton 2022-ci il yanvarın 30-na qədər Rusiyanın 27 diplomatının Birləşmiş Ştatları tərk eləməsini tələb eləmişdi.

Zaxarova deyib: “Biz Amerikanın tələbini məhz qovulma kimi qiymətləndiririk və eyni şəkildə cavab vermək niyyətindəyik. Moskvada artıq 3 il müddətindən artıq çalışmış  ABŞ səfirliyi əməkdaşları 2022-ci il yanvarın 31-də Rusiyanı tərk eləməlidirlər. Bu, Rusiyanın seçimi deyil – bu “oyun”u ABŞ başlayıb”. 

2020-ci ildə ABŞ Dövlət Depatamenti birtərəfli qaydada Rusiyanın Vaşinqtondakı səfirliyinin, Nyu-York və Hyustondakı baş konsulluğunun əməkdaşlarının məzuniyyətlərinə üçillik limit qoyub.

Zaxarova deyib: “Gələn il 1 iyul tarixinə qədər Vaşinqton üçillik limit qaydasını ləğv eləməsə və güzəştə getməsə, ABŞ Dövlət Departamentinin rusiyalılarla bağlı elan elədiyi rəqəmlə eyni sayda əməkdaşlar ölkəmizi tərk edəcəklər”.

Zaxarovanın sözlərinə görə, artıq ABŞ-ı tərk eləmiş diplomatlara üç il müddətində Rusiyanın diplomatik nümayəndəliklərində işləmək qadağan edilib.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR