Saat:18:24
Haqqımızda

Amerikalı diplomat gülərək etiraf elədi: “Ukraynanı aldatdıq... Zelenski də bilirdi, Bayden də, Putin də...”

2022-05-24 17:18:00

Amerikalı diplomat gülərək etiraf elədi: “Ukraynanı aldatdıq... Zelenski də bilirdi, Bayden də, Putin də...”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Moskvadakı keçmş səfiri Maykl Maykfol 20 may tarixində Kanadada keçirilən “Munk Debates” beynəlxalq siyasət forumunda “Ukraynanı aldatdıqlarını” gülüşlə etiraf edib.

Forumda beynəlxalq münasibətlər professoru Stiven Volt ona belə bir sual verib: “2021-ci il boyunca Ukraynanın NATO-ya daxil ola biləcəyini söylədik. Diplomatlar Ukraynanı buna inandırmaq üçün çox səy göstərdilər. Diplomatlarımız onları inandırarkən yalan söyləyirdilər?”

Diplomat sualın cavabında gülərək deyib: “Buna inana bilirsinizmi? Diplomatlarımız Ukraynanın NATO üzvlüyü məsələsində yalan danışırdılar. Bəli! Bəli! Gerçək dünya məhz belədir!”

Maykfol bundan sonra “Tvitter”də açıqlama verərək “yalan” ifadəsini işlətdiyinə görə üzr istəyib.

Diplomat yazıb: “Yalan söyləmək” uyğun olmayan güclü bir cümlə oldu. Həmin dəqiqədə hissiyyata qapılıb Voltun dediyini olduğu kimi təsdiqlədim. Üzr diləyərək, bu sözümü geri götürürəm. Lakin NATO liderləri həqiqətən də Ukraynanın alyansa üzv olmağını istəmədən onun üzv olmasını istədiklərini ictimaiyyətə bəyan edirdilərmi? Bəli. Hamı da bunu bilirdi”.

Çıxışı ilə bağlı “Tvitter” səhifəsində daha bir status paylaşan Maykfol “Bunu hər kəs bilirdi” cümləsində nəyi nəzərdə tutduğunu yazıb: “Bayden bilirdi. Putin bilirdi. Zelenski bilirdi. Müharibədən əvvəl belə Zelenski bu məsələ ilə bağlı sözləri “ikiüzlülük” adlandırırdı. Bunların hamısı qeydə alınıb”.

Amerikanın Rusiya siyasətində nüfuzlu şəxs

Maykl Entoni Maykfol 2012-2014-cü illərdə ABŞ-ın Rusiyadakı səfiri işləyib, eyni zamanda “Vaşinqton Post” nəşri ilə əməkdaşlıq edib. Onu Obama dövrünün Rusiya siyasətinin müəyyənləşdirilməsində ən nüfuzlu şəxs hesab edirlər. Hazırda o, Stanford Universitetində siyasət üzrə professor kimi pedaqoji fəaliyyətlə məşğul olur.

Diplomat son paylaşmalarından birində yazıb: “Ukraynalılara onların nə məğlub, nə də qalib ola biləcəkləri qədər silah verməkdən daha mənəviyyatsız siyasət düşünə bilmirəm. Bu strategiya sadəcə müharibəni uzadır və ukraynalıların (həm də rusların) mənasız yerə həlak olmalarına aparır. Xoşbəxtlikdən, bu, Baydenin siyasəti deyil”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR