Amerikada etirazçılar "Apple" və "Adidas" mağazalarını qarət etdilər

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Ştatların Kaliforniya ştatında etirazçılar məşhur brendlərin, o cümlədən, "Apple" və "Adidas" şirkətlərinin mağazalarını qarət ediblər.
Bu barədə KTLA radiostansiyası məlumat verib.
Xəbər verdiyimiz kimi, Prezident Donald Trampın miqrantlara qarşı tədbirlərinə etiraz nümayişləri zamanı 170 nəfər saxlanılıb. Milli Qvardiyanın , 2100 nəfər əsgəri ilə 700 nəfər dəniz piyadasının daxil olduğu 51-ci əməliyyat qrupu şəhərə göndərilib.
İğtişaşlar iyunun 7-də, ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin Los-Anceles şəhərinin mərkəzində reydlər və qeyri-leqal miqrantların aşkar edilməsi üçün irimiqyaslı əməliyyatlar aparıldıqdan sonra başlanıb.
İğtişaşlar başlandıqdan sonra Los-Ancelesdə "Waymo" şirkətinin sürücüsüz taksiləri də etirazçıların hədəfinə çevrilib. Bir qrup insan tərəfindən əhatə olunduqda hadisə yerindən qaçma qabiliyyəti olmayan sürücüsüz taksiləri etirazçılar çağıraraq yandırıblar. 6 ədəd "Waymo" taksisi yanaraq kül olub. Belə taksilərdən biri orta hesabla 150000-200000 dollara başa gəlir.
Hürr Tərcüman
