Saat:09:43
Haqqımızda

Amerikada erməni quldur dəstəsi həbs edildi - 30 milyon dollar yardım oğurlanıb!

2025-05-30 15:34:59

Amerikada erməni quldur dəstəsi həbs edildi - 30 milyon dollar yardım oğurlanıb!

Hurriyyet.az xəbər verir ki, "Foks Nyus" (Fox News) telekanalı ABŞ-də 30 milyon dollar məbləğində yardımı ələ keçirməkdə ittiham edilən erməni dəstəsinin başçısının həbs edilməsini yayımlayıb. 
Oğurlanan 30 milyon dollar COVİD-19 pandemiyası zamanı əhaliyə yardım edilməsi üçün nəzərdə tutulubmuş. Los-Anceles şəhərində fəaliyyət göstərən dəstənin "beyni"  Vilyam Makqreyan hesab edilir. Onunla birlikdə daha 13 nəfər erməni həbs edilib - bu şəxslərin əksəriyyəti artıq ABŞ vətəndaşlığını alıblar.
Dələduzlar saxta firmalar yaratmış, saxta sənədlərlə pulları mənimsəmişlər. Onlar mənimsədikləri vəsaitin bir qismini evlərə və dəbdəbəli əşyalara xərcləyiblər, qalanını isə Ermənistana aparıblar.
Dəstə üzvləri həm də bank fırıldaqçılığında, pulları yumaqda ittiham edilirlər.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.296177