Saat:08:55
Haqqımızda

Amerikada böyük qorxu: Əgər Tramp prezident seçilsə...

2023-10-28 15:09:35

Amerikada böyük qorxu: Əgər Tramp prezident seçilsə...

ABŞ-ın həm Ukraynaya, həm də İsrailə eyni anda yardım etmək üçün kifayət qədər resursu olmaya bilər.

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın müttəfiqləri Vaşinqtonun eyni vaxtda bir neçə ölkəyə yardım göstərmək imkanının olmamasından ehtiyat edirlər. Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

"Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl Vaşinqton resurslarını Yaxın Şərqdən “Rusiya və Çinlə mübarizəyə” köçürürdü. İndi isə ABŞ bölgədə qüvvələrini artırana qədər İsraildən quru əməliyyatını təxirə salmasını istəməyə məcburdur", - məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, Amerikada Donald Trampın qarşıdakı prezident seçkilərində qalib gəlmək qorxusu da var. Buna səbəb onun dəfələrlə NATO-dan çıxmaq və Rusiya ilə müqavilə bağlamaq istəyindən bəhs etməsidir./publika.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.954159