Amerika Rusiyaya dron göndərdikləri üçün 4 İran şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib

2022-09-09 14:03:00

Amerika Rusiyaya dron göndərdikləri üçün 4 İran şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib

Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bəyanat yayaraq, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsində iştirak etdiyi üçün həmin İran şirkətlərindən birinə sanksiya tətbiq etdiyini açıqlayıb.
“Bloomberg” xəbər ajansının məlumatına görə, Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi geniş sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyac duyduğu silahları təmin etmək üçün Şimali Koreya və İrana müraciət edib.
Sözügedən idarə Rusiya və İran arasında hərbi uçuşların koordinasiyasında iştirak etdiyinə görə, o cümlədən Rusiyaya pilotsuz uçan aparatların, personalın və avadanlıqların daşınması üçün uçuşlarda iştirak etdiyi üçün Tehranda yerləşən hava limanı xidmətlərinə sanksiya tətbiq etdiyini açıqlayıb.
Vaşinqton qeyd edir ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədə öz pilotsuz təyyarələri ilə yanaşı, İran pilotsuz təyyarələrindən də istifadə etməyi planlaşdırır.
“Associated Press” ajansı iki həftə öncə xəbər vermişdi ki, Rusiya İrandan Ukraynaya qarşı savaşda istifadə edə biləcək yüzlərlə dron alıb.
Ukraynaya hərbi müdaxiləsi səbəbindən iqtisadi sanksiyalar və məhdud resurslarla üzləşən Rusiya silah tədarükü üçün əsas müttəfiqlərindən sayılan İrana üz tutub.
Amerika rəsmiləri bildirirlər ki, Rusiya təyyarələri bu dronları bir neçə gün ərzində İrandakı hava bazasından Rusiyaya köçürüb.

Ülviyyə, Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057204