Amerika ard-arda üçüncü gün Suriyada İrana bağlı yaraqlıların mövqelərini bombaladı

2022-08-26 12:59:00

Amerika ard-arda üçüncü gün Suriyada İrana bağlı yaraqlıların mövqelərini bombaladı

Amerika qüvvələrinin Suriyada yerləşdiyi bazaya raket hücumlarına cavab olaraq ABŞ hərbçiləri İranın dəstəklədiyi silahlı birləşmələrin Suriyanın Deyr əz-Zor şəhərindəki mövqelərini ardıcıl üçüncü gündür ki, bombalayıb.
Amerika ordusu bildirir ki, helikopterlər Deyr əz-Zor əyalətinin Məyadin şəhərində İranın  himayə etdiyi silahlı birləşmələrin mövqelərini hədəfə alarkən, onlar ABŞ-ın dəstəklədiyi qüvvələrin bazasını yenidən raket atəşinə tutmağa hazırlaşırdılar.
Bəyanatda deyilir ki, ötən günkü hücumlarda ən azı dörd yaraqlı öldürülüb.
Bu arada, Suriya İnsan Haqları Müşahidə Qrupu da Amerikanın həyata keçirdiyi hava hücumlarının İranın əfqan şiələri arasından səfərbər etdiyi “Fatimiyyun” yaraqlılarının mövqelərinə zərbə endirdiyini bildirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059251