"AMEA-nın Rəyasət Heyəti Aparatının sıravi işçiləri elmi müəssisə direktorlarından çox maaş alır" - Vitse-prezident

2022-04-27 12:43:00

AMEA-nın Rəyasət Heyəti Aparatının sıravi işçiləri elmi müəssisələrin direktorlarından daha çox maaş alır.

Hurriyyet.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.

O, problemlərin həlli üçün təkliflər verib:

"Qüvvədə olan normativ-hüquqi sənədlərə əsasən AMEA-da əmək haqqının ödənilməsi üçün 2 mexanizm var. Birincisi, AMEA Rəyasət Heyəti Aparatının, Gəncə bölməsinin aparatının işçiləri üçün xüsusi cədvəl üzrə, ikincisi AMEA-nın elmi müəssisə və təşkilatlarının işçiləri üçün vahid tarif cədvəli üzrə əmək haqqların ödənilməsidir. Bu cədvələ görə AMEA Rəyasət Heyətinin sıravi işçiləri elmi müəssisələrin baş direktorlarından, icraçı direktorlarından, elmi katiblərdən, elmi şöbələrin rəhbərlərindən çox maaş alır. Elmi müəssisələrdə inzibati-idarəetmə və köməkçi heyətin elmi yaradıcı heyətlə əmək haqqılarının Vahid Tarif Cədvəli üzrə eyni mexanizmlə ödənilməsi elmi işçilərdə motivasiya yaratmır.

Elmi işçilər kateqotiyasının əməyi baza əmək haqqı saxlanılmaqla elmi problemlərin ünvanlı maliyyələşdirilməsi əsasında motivasiya yaradıcı, stimullaşdırıcı mexanizmlər əsasında müəyyənləşdirilməsi üçün zəruri normativ hüquqi baza yaradılmalıdır. AMEA üzrə inzibati idarəetmə və köməkçi heyərlərin əmək haqqıları vahid mexanizm əsasında ödənilməsi üçün mübafiq tədbirlər görülməlidir".

APA.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya