AMEA-dan müzakirələrə səbəb olan materialla bağlı RƏSMİ AÇIQLAMALAR

2022-07-26 11:33:00

AMEA-dan müzakirələrə səbəb olan materialla bağlı RƏSMİ AÇIQLAMALAR

Azərbaycan Milli Elmlər Akademiyası AzTV-nin qurumun fəaliyyəti ilə bağlı materialın qurumun saytında yerləşdirilməsinə münasibət bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıqlamasında tənqidlərdən xəbərsiz olduğunu deyib:

“İndi Gürcüstanda beynəlxalq konfransdayam. Üç gündür buradayam. Ona görə də eşitməmişəm, məlumatım yoxdur” - İ.Həbibbəyli söyləyib.

Qurumun İnformasiya şöbəsinin müdiri Ağahüseyin Şükürov Ölkə.Az-a açıqlamasında tənqidi materialın bilərəkdən saytına yerləşdirildiyini deyib:

“Elə şey olarmı ki, sayta yazı qoyursan, amma bilmirsən ki, içərisində nə var?! Bizdə məlumatsızlıqdan elə şey ola bilməz”,- deyə o bildirib.

A.Şükürov bildirib ki, bu barədə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, qurumun fəaliyyətinin sərt şəkildə tənqid edildiyi materialın AMEA tərəfindən həm də sosial şəbəkələrdə paylaşılması təəccüb doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri əməkdaşların materialın içərisinə baxmadan sayta yerləşdirilmiş ola biləcəyini yazıblar.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063166