AMEA-da Ələddin Məlikovun saxtakarlığının sonsuzluğu…

2022-09-16 15:16:00

AMEA-da Ələddin Məlikovun saxtakarlığının sonsuzluğu…

Artıq dəfələrlə məlumat verilsə də, bu günə qədər, AMEA Təhsil şöbəsinin müdiri Ələddin Məikovun xəstə eqosunun AMEA-nın nüfuzdan salmasının sonu bucağı görsənmir.

Dəfələrlə yazılsa da, rəsmi sənədlərlə təsdiq olunsa da, günü bu günə qədər “fəlsəfə elmləri doktoru” olmayan Ələddin Məlikov hər yerdə, hətta AMEA-nın saytında belə hələ də özünə məxsus olmayan “fəlfəfə elmləri doktoru” elmi dərəcəsini göstərir.

Bu gün AMEA-nin nüfuzdan düşməsinin səbələrindən biri də,  saxta dərəcəsi olan psevdoalimlərdi. İçtimaiyyətdə açiqlanan bu cür iradlardan sonra yenə də öz bildiyini edən Ələddin Məlikov nəinki elmimizə, hətta alimlərimizə qarşı ən böyük zərbə vurur. Məlikovu bunlara harada öyrədiblər, harada dərs keçiblər? Əlbətdə ki, Azərbaycana qarşı hər zaman qəliz mövgeyi ilə seçilən İran İslam Respublikasında. Fakt budur ki, Ələddin Məlikov da məhz bütün təhsilini orada alıb.

DOSYE.ORG-ın apardığı araşdırmalarına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimov elm ocağında kütləvi ixtisarlara görə böyük narazılıqlar yaradıb. İllər ilə işləyən, həyatını AMEA Rəyasət Heyətində fəaliyyəti ilə keçirən işçilər xəbərdarlıqlar alır, amma xəbərdarlıq əsas olan Qərar onlardan gizlədilir. Heç də təəcüblənmərik. Ələddin Məlikovun saxtakarlığı aşkarlansa da, öz statusunda qalacaq, diplomu olmayan “fəlsəfə elmlər doktoru” statusunda və bucür psevdodoktor AMEA-da “Təhsilə” rəhbərlik edəcək. Onu da qeyd edək ki, günü bugün də AMEA-nın rəsmi saytlnda o məhz bu statusda göstərilir.

Bir sözlə, elm ocağında dövlətimizə, eimin inkişafına sədaqətlə xidmət edən şərəfli insanlar AMEA-dan uzaqlaşdırılır. İranda təhsil alan və özünü yalandan “elmlər doktoru” kimi təqdim edən Ələddin Məlikova meydan verilir. Onu da diqqətinizə çatdıraq ki, Ə. Məlikov AMEA-da özünü söz sahibi və prezident kimi göstərməyə çalışır. Yəni, rəhbər olduğu şöbədə kimin işləyib, kimin işləməyəcəyinə Arif Həşimov deyil, məhz “elmlər doktoru” Ə.Məlikov qərar verir.

DOSYE.ORG-ın apardığı araşdırma göstərdi ki, artıq bir neçə aydır ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quıiyev, hörmətli Arif Həşimov və AMEA-nın vitse–prezidenti akademik İradə Hüseynova ilə ciddi olaylar yaşanır. Baş direktorun çoxsaylı şikayətləri, ciddi məsələləri təsdiqləyən rəsmi aktlar təqdim olunsa da, dinləyib-eşidən yoxdur. Onu da qeyd edək ki, bu institut möhtərəm prezident cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə keçirilmişdir. Lakin Arif Həşimov öz heqemonluqundan əl çəkməyərək, baş direktorun müraciətlərini saymayaraq öz bildiyini eldir.

Amma saxta elmlər doktoru olan Ələddin Məlikovun istəyi ilə Arif Həşimov layiqli insanların gələcəyi və karyerası ilə oynayır. Bu himayadərlığın səbəbi hələ də aydın deyil. Bəlkə, pərdəarxası Ə.Məlikovun daha da güclü himayadarları var və hörmətli akademik sadəcə Ələddin Məlikovun sözündən çixa bilmir? Bəlkə, bu elə həmin himayadardır ki, günü bu günə qədər onun şəxsi güşəsi AMEA Rəyasət Heyərinin binasının 3-cü mərtəbəsi, AMEA Presidenti otagının qarşısında qorunub saxlanılır, halbu ki dəfələrlə qeyd etsək də, bu bina da nüvafiq güşələr nə Ulu Öndərə, nə möhtərəm prezident İlham Əliyev üçün qurulmayıb. Kimdir bu gün AMEA-ya əsl rəhbərlik edən?

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimovla bağlı faktlara əsaslanan məqalə hazırlanmaqdadır. Zaman göstərir ki, Azərbaycan elmində olan “qaloş”lar bilərəkdən elmi kütlədə dövlətə qarşı narazıçılıq yaradır. “Qaloş”un nə dərəcədə böyük problem yaratdığını söyləyə bilmərik, amma araşdırırıq. Sual yaranır, bu kimin tapşırığıdır??!! Suala isə cavabı növbəti məqalələrimizdə gözləyin. Nəyəsə görə yazılarımızda “Mehman” filimi ilə bağlı məlumat dərc etdikdə akademik Arif Həşimovu bərk hiddətlənir….səbəbi araşdırılır. Bizi izləməyi unutmayın…Təəssüf ki ölkəmizin yaşadığı indiki durumda kimlərsə öz şəxsi mənafeyilərini ölkənin problemlərindən üstün tutur. Təəssüflər…….

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.104654