AMEA-da daha bir müəmmalı tender...

2022-10-03 11:35:00

AMEA-da daha bir müəmmalı tender...

Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Hurriyyet.az açıqlanan rəsmi məlumatlara əsasən bildirir ki, dəyəri 16 min 584 manat olan tender müsabiqəsinin qalibi “Delta 10 LT” MMC (VÖEN- 1102638281) olub.

“Delta 10 LT” MMC AMEA-ya stellaj üçün dayaq (12 ədəd) və rəf (450 ədəd) satacaq.

Nizamnamə kapitalı 10 manat olan “Delta 10 LT” MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sultanova Vüsalə Vaqif qızıdır.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Delta 10 LT” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay yarım əvvəl dövlət qeydiyyatına alınıb.

AMEA tender müsabiqəsini (Kotirovka sorğusu) sentyabr ayının 15-də elan edib. Tender müsabiqəsinin qalibi olan “Delta 10 LT” MMC isə iyun ayının 22-də dövlət qeydiyyatına alınıb.

Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 3 ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Onu da qeyd edək ki, iyun ayının 22-də Sultanova Vüsalə Vaqif qızının qanuni təmsilçi olduğu və hüquqi ünvanı Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşən daha 3 şirkət – “Yaşam 88 LT” MMC (VÖEN-1102638301), “SL 99 Corp” MMC (VÖEN -  1102638151) və “Smart 86 Corp” MMC (VÖEN – 1102638431) də dövlət qeydiyyatına alınıb.

Yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.107646