AMEA-DA AZƏRBAYCAN DİLİNƏ OLAN HÜCUMUN SƏBƏBİ ARAŞDIRILMALIDIR

2022-11-24 00:29:00

AMEA-DA AZƏRBAYCAN DİLİNƏ OLAN HÜCUMUN SƏBƏBİ ARAŞDIRILMALIDIR

AMEA-da "elmi" bəhanələr gətirərək Azərbaycan dilinin nüfuzdan salınması istiqamətində aparılan mütəşəkkil fəaliyyətə son qoyulmalıdır!
Heç bir elmi izahla bu mənfur prosesə haqq qazandırmaq olmaz. Bu gün beynəlxalq proseslər zəminində ölkəmizin qarşılaşdığı ağır geosiyasi vəziyyətdən sui-istifadə edib sinxron olaraq dövlət atributunun - Ana dilinin gözdən və etibardan salınması istiqamətində aparılan "elmi" düzəlişlərə göz yummaq olmaz. 
Qoy dünya praktikasına baxılsın, görək, hansı millətin, hansı dövlətin dil qurumu, akademiyası, alim və akademikləri öz dilinə qarşı belə aşağılayıcı mövqedə dayanıb, ona orfoqrafiya və orfoepiya cinahından şikəstedici zərbələr endirib?!. Çox təhlükəli plandır. 2017-ci ildə qarşısı alınmadığından daha da şirnikiblər. 
Dövlətdən maaş alıb taleyüklü problemlərə laqeyd qalan dilçilərin  məsələyə laqeyd yanaşması, hətta alqışlaması,  bir çox hallarda əyləncə kimi yanaşıb ictimai qınaqlardan ləzzət alırmış kimi kefikök  davranmaları daha dəhşətli idi. 
Bu gün səhhətimi korlayan çox ağır bir gün oldu. Böyük institutda yalnız 1 və ya 2 nəfər sıravi işçi fikrimə həmrəy oldu. Qalanları əsəbdən infarkt olmağımı səbirsizliklə gösləyirlər. Onların, içdən keçirdiyim narahatlıqları gördükcə qəhqəh çəkib gülmələri bir başqa dəhşət idi. Hətta yaşı yetmişi haqlamış bir qadın elmi işçi mənə irad tutdu ki, nahaq institiutun iki milyonluq yeyinti sirlərini, alveri və s. açıqlayıram. O başını bulayıb dedi ki, dünya görmüşəm, 50 ildir instituitda işləyirəm, özünü yorma, düzəlməyəcək. Sanki bunlara heç nəyin dəxli yoxdur. Belə alimlərin nəinki maaşını artırmaq, hətta onları strateji qurumlarda saxlayıb maaş vermək haramdır. Elələrinin təcrid olunmuş şəkildə müavinət və ya pensiya almaları isə dövləti bir sıra ciddi təhlükələrdən, ən azı dövlət atributunun aşağılanmasından xilas edə bilər. 
PS. Hiss edirəm ki, irticanın qarşısında fiziki cəhətdən təkbaşına davam gətirə bilmirəm. Çoxdurlar, pulludurlar, səalhiyyətlidirlər, əlbirdirlər. Ümid edirəm ki, perspektivə hesablanmış bu qəbih planların qarşısı aidiyyəti qurumlar tərəfindən tezliklə alınacaq.

 

İdris ABBASOV,

Professor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149965