AMEA bitdi: Arif Həşimov gedir, yeni prezident kim olacaq? - ADLAR

2022-07-29 00:18:00

AMEA bitdi: Arif Həşimov gedir, yeni prezident kim olacaq? - ADLAR

Prezident İlham Əliyevin bu gün verdiyi fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının əvvəlki statusuna son verildi.

AMEA-nın 60-a yaxın institut, müəssisə və təşkilatından hazırda cəmi 11 institut və 3 qurum qalıb. Bu 14 qurum isə birbaşa humanitar sahə ilə bağlıdır.

İndi formalaşan bu qurumun “Azərbaycan Milli Elmlər Akademiyası” adlanması gülünc olardı. Bu qurum ən yaxşı halda “Humanitar Akademiya” və yaxud “Humanitar Elmlər Assosiasiyası” adlana bilər.

Digər tərəfdən, hazırda AMEA-nın prezident səlahiyyətlərini akademik Arif Həşimov həyata keçirir. Arif Həşimov texniki elmlər üzrə alimdir və onun indiki AMEA-da prezident olması mümkün deyil.

Yeni formalaşan və müvəqqəti olaraq AMEA adlanan quruma mütləq humanitar sahədən rəhbər gətirilməlidir. Hazırda humanitar sahə üzrə 11 institut içərisində tanınmış alimlər Nərgiz xanım Paşayeva, İsa Həbibbəyli və Gövhər xanım Baxşəliyevadır.

N.Paşayeva hazırda AMEA-da vitse-prezidentdir. Amma onun geniş statusu əlindən alınan quruma rəhbər gələcəyi ehtimalı çox zəifdir.

Digər vitse-prezident və Ədəbiyyat İnstitutunun rəhbəri İsa Həbibbəylinin və ya Şərqşünaslıq İnstitutunun rəhbəri Gövhər Baxşəliyevanın rəhbər gətiriləcəyi ehtimal olunur.

Həmçinin AMEA-nın hər biri ayda ən azı 2 000 manat əmək haqqı alan akademikləri, 1 200 manat alan müxbir üzvləri var. Akademik və müxbir üzvlərin sayı isə 200-ə yaxındır. Onlar yalnız bu elmi ada görə aylıq maaşlarına bu qədər əlavə alırlar. Müqayisə üçün deyək ki, fəlsəfə doktoru adına görə 60 manat, dosentliyə görə 100 manat, elmlər doktoru adına görə 100 manat və s. verilir.

Ehtimal ki, artıq AMEA statusu dəyişdiyi üçün öz akademik və müxbir üzvlərinə bu vəsaiti ödəmək imkanında olmayacaq və yaxud bu ödənişlərin miqdarına yenidən baxılacaq.

 

Elnur

Baku Post


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078166