Saat:14:55
Haqqımızda

AMB vəzifəli şəxsləri cərimələdi

2025-12-01 12:22:28

AMB vəzifəli şəxsləri cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit" və "İDK" MMC-lər, eləcə də "Azərbaycan Mikro-Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.