Altı rəqəmli avtomobil nömrələri ilə bağlı məlumatlar həqiqəti əks etdirmir - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB
"Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Vaç Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
"Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq", - deyə nazirlikdən əlavə edilib.
*** 2025-11-20 21:42:03
Azərbaycanda dövlət nömrə nişanları yeni qaydada olacaq. Artıq köhnə nömrələrin dövrü bitir.
Hurriyyet.az bildirir ki, ajans.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni standartlara əsasən, artıq region kodu 2 yox 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.
• ilk 3 rəqəm — region kodu,
• ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,
• son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.
