Altay Göyüşovları, Əli Kərimliləri, "no war"çıları, saxta liberalları NƏ BİRLƏŞDİRİR?

2023-09-13 11:14:30

Altay Göyüşovları, Əli Kərimliləri,

Zaur Məmmədov: "Az qala hayların müdafiəçisi keşikçilərinə çevrilənlər hazırda sistemli şəkildə anti-Azərbaycan təbliğatı aparırlar"

"Saxta kosmopolitlərin sülh sevdası, əslində, bəzi hallarda, etnik mənsubiyyətlərinin, digər hallarda isə Qərbdən aldıqları qrantların vətəndaşlıq prinsipinə qalib gəlməsidir". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq hesab edir ki, Altay Göyüşovları, Əli Kərimliləri, "no war"çıları, saxta liberalları və digərlərini yuxarıdakı iki amildən biri birləşdirir: "Az qala hayların müdafiəçisi keşikçilərinə çevrilənlər hazırda sistemli şəkildə anti-Azərbaycan təbliğatı aparırlar. Lakin onlar çoxdan ifşa olunublar və cəmiyyət bu kimi çağırışlara böyük nifrətlə yanaşır".

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri əlavə edib ki, Azərbaycançılıq, dövlətçilik, vətəndaşlıq prinsipləri hər şeydən üstün olmalıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138910