Saat:08:41
Haqqımızda

Alparslan Bayraktar: Türkiyə sanksiyalara görə Akkuyu atom elektrik stansiyası layihəsini həyata keçirməkdə problemlərlə üzləşib

2024-12-13 16:01:34

Alparslan Bayraktar: Türkiyə sanksiyalara görə Akkuyu atom elektrik stansiyası layihəsini həyata keçirməkdə problemlərlə üzləşib

Türkiyə sanksiyalara görə Akkuyu atom elektrik stansiyası layihəsini həyata keçirməkdə problemlərlə üzləşib. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

“Sanksiyalarla bağlı problemlər AES layihəsinin icrasına təsir edir, lakin o, mümkün qədər tez həyata keçiriləcək”, deyə Byaraktar ifadə edib.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bundan əvvəl Almaniyanın “Siemens” şirkətinin Türkiyədəki “Akkuyu” AES-in 1 nömrəli enerji blokuna avadanlıq tədarükü ilə bağlı öhdəliklərini pozduğunu bildirmişdi. Şirkətlə aparılan danışıqlar nəticə vermədiyi üçün dost ölkələrdən alternativ alınıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.150377