Almaniyaya rus qazının tədarükünə "yeni formula"-nə Almaniya uduzmur, nə Rosneft incimir...

2022-05-03 12:56:00

Almaniyaya rus qazının tədarükünə

"Shell" Rosnefti əvəz etməyi öhdəsinə götürərək Şvedt şəhərindəki neft emalı zavodunun işini dəstəkləyəcəyini vəd etdi. “Rosneft”lə birlikdə Almaniyanın şərqindəki Şvedt şəhərində neft emalı zavodunu işlədən “Shell”in Almaniya bölməsi Rusiya neftinə embarqo tətbiq ediləcəyi təqdirdə obyektin fəaliyyətinə dəstək verəcəklərini vəd edib. Bu barədə "DPA" xəbər verir.
Agentlik "Shell" neft emalı zavodu üçün neft almağı və bununla da obyektin gücünün 50%-dən 60%-ə qədərinin təminatını əhatə etməyi öhdəsinə götürdüyünü bildirən Brandenburq iqtisadiyyat nazirinə istinad edib. DPA-nın məlumatına görə, şirkət indi bu mövzuda federal və regional hakimiyyət orqanları ilə əlaqə saxlayır. Agentlik yazır ki, şirkət bu “məlumatı nəzərə çatdırıb", lakin bunu nə təsdiq, nə də təkzib edib.
Mahiyyətcə bu məsələnin uduşlu, "qazan-qazan" variantda həllidir. Başqa sözlə, Rosneft ilə müqaviləni yeniləməklə Baltikyanı "Latviya qarışığı" əmələ gətirmək və Şvedtəki neft emalı zavoduna Rusiyaya aid olmayan qaz tədarükünü təmin etmək tərəflərin xətrinə dəyməz.
Nə Almaniya uduzan tərəf olmur, nə də Rosneft incimir.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya