Saat:19:24
Haqqımızda

Almaniyanın yeni hökumətini yaşıllarla liberallar müəyyənləşdirəcəklər

2021-09-27 16:33:00

Almaniyanın yeni hökumətini yaşıllarla liberallar müəyyənləşdirəcəklər

Hurriyyet.az xəbər verir ki, Almaniyada Olaf Şoltzun rəhbərliyi ilə sosial-demokratlar (SDP) birinciliyi təmin ediblər. Şoltzun qarşısında iki koalisiya variantı var.

CDU-nun lideri Armin Laşet isə 1976 və 1980-ci illərdə hökuməti seçkilərdə ikinci olan SPD lideri Helmut Şmidt qurmuşdu“ deyərək, CDU-Yaşıllar-Liberallar ittifaqının yaranmasında təkid edir.  Yaşıllar ilə liberallar Baş nazirin kimliyini müəyyənləşdirəcək əsas partiyalara çevriliblər.

Almaniyanda dünən keçirilən seçkilərin nəticələri dəqiqləşməyə başlayıb. Hələ səslərin hesablanması tam başa çatmasa da, hazırda Maliyyə naziri olan Olaf Şoltzun lideri olduğu Sosial Demokrat Partiyasının birinci olduğu dəqiqləşib.

SDP səslərin 25,7%-ni, Merkelin artıq tərk elədiyi və rəhbərliyini Armin Laşetə həvalə elədiyi Xristian Demokrat Partiyası (CDU) ilə onun Bavyeradakı müttəfiqi (CSU) 24,1%-ni qazanıb.

Yaşıllar partiyası səslərin 14,8, liberallar (FDP) isə 11,5 faizini alıb. Sol partiya parçalanaraq cəmi 4,9 faiz səs qazanıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR