Saat:20:43
Haqqımızda

Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR

2024-11-19 17:36:06

Almaniyanın xarici işlər naziri Bakıya GƏLİR

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib.

Berbokun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü də gözlənilir.

Qeyd edək ki, Berbok Azərbaycandan əvvəl Ermənistana səfər edəcək və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217832